Online Training Portal

Xoş Gәlmişsiniz!

GDG Professionals şirkәti işgüzar bazarda kadrların idarә olunması, idarәetmә, kouçinq, işәdüzәltmә şirkәti kimi tanınmaqla yanaşı tәlim xidmәtlәri sahәsindә dә peşәkarlığını nümayiş etdirmişdir. Peşәkar işgüzar qabiliyyәtlәr sahәsindә verilәn vә iştirakçıların işgüzar qabiliyyәtlәrini, imkanlarını maksimuma çatdırmağa qadir olan tәlimlәrimiz müştәrilәrin tәlәbatlarına tam cavab vermәklә, onların gözlәntilәrinә müvafiq olaraq daim zәnginlәşir, tәkmillәşir.

Bundan әlavә, GDG Professionals şirkәti Azәrbaycan işgüzar bazarında ilk dәfә olaraq әmәkdaşlıq etdiyi şirkәtlәrin tәlimlәrә qoyduqları sәrmayәnin (ROİ) geriyә dönüşünün hesablanmasını tәmin etmәklә, tәlimlәrimiz sayәsindә bilik vә bacarıqlarını tәkmillәşdirәn iştirakçıların şirkәtlәrinә gәtirdiklәri faydanın hәcmini müәyyәn edir.

Hazırda qarşınızda olan GDG Tәlim Portalı mәhz bu cür inkişafın vә müştәrilәrә verilәn dәyәrin nәticәsi olaraq xidmәtinizdәdir.

Portalda GDG Professionals şirkәtinin әnәnәvi tәlimlәri ilә yanaşı, öz sahәlәrindә sözlәrini demiş mütәxәssislәrin daxil olduğu peşәkar komanda tәrәfindәn müxtәlif fәaliyyәt sahәlәri (bank, telekom, neft vә qaz, tәhlükәsizlik, qida sahәlәri) üzrә işlәnib hazırlanmış vә birbaşa nәzarәti altında saxlanılan tәlimlәr vә test bankları onlayn olaraq tәqdim edilir. Onlayn tәlim prosesindә iştirakçıların nәzәrinә müxtәlif faydalı linklәr, tәqdimatlar vә mövzular üzrә müxtәlif “webinar”lar, interaktiv konfranslar çatdırılacaqdır. Tәlim kursunu vә qiymәtlәndirmәni müvәffәqiyyәtlә başa vuran iştirakçılar müvafiq sahәlәr üzrә (kadrların idarә edilmәsi, maliyyә, risk, idarәetmә vә s.) sertifikatlarla tәmin olunacaqlar.

Onlayn tәlim xidmәtinin üstünlüklәrindәn biri kimi şirkәtin hәr bir әmәkdaşı, iş yerindәn ayrılmadan vaxtına vә mәsrәflәrinә qәnaәt etmәklә yararlana bilәcәyindәn, GDG Professionals müştәrilәrinin işgüzar fәaliyyәtlәrindә fasilәlәrin yaranmasına yol vermәmәklә onlara öz töhfәsini vermiş olur.

GDG Professionals şirkәti Onlayn Tәlim Portalında tәqdim edilәn tәlimlәrin әnәnәvi ofis tәlimlәrinin keyfiyyәtinә bәrabәr olduğuna zәmanәt verir!

Tәqdim edilәn onlayn tәlimlәrin ümumi siyahısı ilә aşağıda qeyd olunan linkә daxil olmaqla tanış ola bilәrsiniz:

Tәlimlәrimizi Diqqәtinizә Çatdırırıq

Daxil ol

Sİl
Şifrәni unutmusunuz?

Müştәri Rәylәri

  • Hәyata keçirdiyiniz gözәl iş üçün tәşәkkür edirik. Tәlimlәr çox maraqlıdırlar. Bir neçә ay bundan әvvәl mәn öz şәxsi biznesimә başlamışam vә GDG Online Tәlim Portalı olmadan bunu edә bilmәzdim.

    Zaur, Layihә Xidmәtlәri üzrә Firma Sahibi
  • GDG Onlayn Tәlim Portalı bizә auditoriyanın diqqәtini asanlıqla cәlb etmәyә kömәk edir. GDG Onlayn Tәlim Portaldan aldığımız müsbәt cavab bizi heyran edir.

    Svetlana, HR Koordinator
  • GDG onlayn tәlim Portalı mәnә tәlim materiallarını yenilәmәk vә hәr gün istifadә edilәn yeni texnologiyaları öyrәnmәk üçün yardımçı olmuşdur. GDG onlayn tәlim Portalı ilә mәn texniki fәnlәr haqqında elementar biliklәri mәnimsәmәk üçün çәtinlik çәkmәdiyimi hiss edirәm. Çünki GDG onlayn tәlim Portalı müşahidә, dinlәmә vә tәtbiq üzәrindә qurulmuşdur.

    İlham, Bank Kredit Departamenti, Baş Mütәxәssis
  • GDG Onlayn Tәlim Portalı işimin inkişafı üçün әvәzolunmaz bir mәnbәdir. Mәn, işim üçün faydalı olan yeni biliklәr әldә etmәklә yanaşı, artıq müәyyәn olunmuş bacarıqlarımı da tәkmillәşdirirәm. Mәn belә bir tәlim, bilik vә mәlumat xәzinәsinә abunә olduğum üçün fәxr edirәm.

    Aynur, Müştәri Xidmәtlәri Üzrә Menecer
  • GDG Onlayn Tәlim Portalı bizә yeni texnologiyaların vә bilik әldә etmәk üçün düzgün araşdırma yollarını tәklif etdi. Biznesimizdә sadә texnologiyalardan istifadә bizim bilik әldә etmәyimizә olan yanaşmamızda yeni bir mәrhәlәdir. GDG Onlayn Tәlim Portalı qısa vaxt әrzindә bizim nәzәrimizi düzgün istiqamәtә çevirmәyә imkan yaratdı.

    Samir, İT Menecer
  • Çox faydalı, maraqlı portal vә tәlimlәrdir. Bu mәnә vәzifәmin strukturu vә әsaslarını müәyyәn etmәyә kömәk etdi vә mәn ofisә gedәrәk yeni biliklәrimi istifadә edә bilәcәyimә ümid edirәm.

    Aleks, Satın Alma Mütәxәssisi

FAQ

1
Sizin saytınızda necә qeydiyyatdan keçә bilәrәm?
Zәhmәt olmasa, training@gdgtraining.com electron ünvan vasitәsilә GDG Professionals ilә әlaqә saxlayın vә ya GDG Professionals veb saytına daxil olun vә Tәlim bölmәsindә onlayn müraciәt edin.
2
Mәn şifrәmi itirmişәm, necә bәrpa edә bilәrәm?
Zәhmәt Olmasa, GDG LMS Ana sәhifәsindә Giriş bölmәsinin aşağısında yerlәşәn Bәrpa Et funksiyasından istifadә edin.
3
Test vә ya tәlim zamanı vaxtı necә dayandıra bilәrәm?
Xeyr. Əgәr vaxt mәhdudiyyәti varsa, siz bu vaxt әrzindә Tәlimi vә ya Testi bitirmәlisiniz. Əgәr vaxt mәhdudiyyәti yoxdursa, siz tәlәsmәdәn mәzmunu izlәyә bilәrsiniz, ancaq yalnız bir dәfә.
4
Tәlimi bitirdikdә sertifikat verilirmi vә bunu necә әldә etmәk olar?
Bәli. Tәlim vә ya testi uğurlu bitirdikdә, siz sertifikatı yüklәyә bilәcәksiniz.
5
Testi uğursuz tamamladıqda nә baş verir?
Siz sertifikat almayacaqsınız. Testin nәticәsi sizin İstifadәçi profilinizdә gostәrilәcәk. Daha bir cәhd etmәk istәyirsinizsә training@gdgtraining.com elektron ünvan vasitәsilә GDG Professionals ilә әlaqә saxlaya bilәrsiniz.
6
İlk Nәticә uğursuz olduqda, ikinci dәfә hәmin tәlimi götürә bilmәk imkanı әldә edә bilәrәm? Bunun üçün yenidәn ödәniş etmәliyәm?
Xeyr. Sizә daha bir cәhd verilmәyәcәk. Daha bir cәhd etmәk istәyirsinizsә training@gdgtraining.com elektron ünvan vasitәsilә GDG Professionals ilә әlaqә saxlaya bilәrsiniz.
7
Sizinlә necә әlaqә saxlaya bilәrәm?
Siz bizә training@gdgtraining.com electron ünvan vasitәsilә yaza bilәrsiniz, Onlayn Tәlim Portalında “Əlaqә” funksiyasından istifadә edә bilәrsiniz vә yaxud GDG Professionals veb saytının “Əlaqә” bölmәsindә hәr hansı üsuldan istifadә edә bilәrsiniz.
8
Tәlimlәr neçәyәdir vә ödәnişi necә edә bilәrәm?
Xahiş edirik, tәlim qiymәtlәri vә mövcud ödәmә üsulları barәdә öyrәnmәk üçün bizimlә әlaqә saxlayasınız. Siz bizә training@gdgtraining.com electron ünvan vasitәsilә yaza bilәrsiniz, Onlayn Tәlim Portalında “Əlaqә” funksiyasından istifadә edә bilәrsiniz vә yaxud GDG Professionals veb saytının “Əlaqә” bölmәsindә hәr hansı üsuldan istifadә edә bilәrsiniz.
9
Tәlimlәr siyahısını haradan әldә edә bilәrәm?
Hal hazırda mövcud olan tәlimlәr barәdә öyrәnmәk üçün GDG Professionals saytında Tәlim bölmәsinә daxil olun.
10
Siz ofisinizdә tәlimlәr verirsinizmi? İştirakçı siyahısına necә yazıla bilәrәm?
Bәli. Ətraflı mәlumat almaq vә kurslara qoşulmaq üçün siz training@gdgtraining.com electron ünvan vasitәsilә bizә yaza bilәrsiniz, Onlayn Tәlim Portalında “Əlaqә” funksiyasından istifadә edә bilәrsiniz vә yaxud GDG Professionals veb saytının “Əlaqә” bölmәsindә hәr hansı üsuldan istifadә edә bilәrsiniz.
11
Tәlim nәticәlәrimi necә izlәyә bilәrәm?
Siz cari status vә tәlim nәticәlәrinizi istifadәçi profil vasitәsi ilә izlәyә bilәrsiniz.
12
Mәn şifrәmi digәrlәri ilә bölüşә bilәrәmmi?
Xeyir. Sizin şifrәniz yalnız sizә mәxsusdur.
13
Onlayn tәlim portalının materiallarını hansı müddәtdәn bir yenilәyirsiniz?
Biz davamlı olaraq tәlim materiallarını yenilәyirik.Onlayn tәlim siyahımız ilә tanış olmaq üçün, zәhmәt olmasa ‘Bizim tәlim siyahımız ilә tanış ol’ düymәsini basın;
14
Mәn videolara niyә baxa bilmirәm?
Bәzi istifadәçilәr komputer vә ya serverlәrindә quraşdırılmış yüksәk tәhlükәsizlik sәbәblәrinә görә videoları izlәyә bilmirlәr. Bu әsasәn mәktәblәrdә vә iş yerlәrindә baş verir. Belә olan halda başqa kompüter ilә qoşulmağa cәhd edin. Siz hәmçinin başqa internet brauzer ilә dә qoşula bilәrsiniz. Misal üçün, әgәr siz İnternet Explorer ilә qoşula bilmirsinizsә, Mozilla vә ya Google Chrome ilә qoşulmağa cәhd edin.
15
Mәn materialları komputerimә yüklәyә bilәrәmmi?
Tәlim videolarına yalnız baxmaq olar. Videolar sizin komputerә yüklәnә bilmәz.
16
Mәn tәlim kursumu dayandırmaq istәyirәm, bunu necә edә bilәrәm?
Zәhmәt olmasa training@gdgtraining.com elektron ünvanı vasitәsi GDG Professionals şirkәti ilә әlaqә saxlayın.
17
Onlayn tәlim portalından istifadә etmәk üçün hansı internet brauzerdәn istifadә tәlәb olunur?
Dәstәklәnәn brauzerlәr bunlardır: Firefox 3.5+, Internet Explorer 8+, Safari 4+, Google Chrome 10.1.102+.
18
Mәn Portala mobil cihazla daxil olub, istifadә edә bilәrәmmi?
Bәli edә bilәrsiniz. Dәstәklәnәn mobil cihazlar: iPad iOS 5+ vә Android 3.0+ planşetlәr.
19
Niyә daxil olmaq olmur?
Daxil olarkәn düzgün ad vә şifrәni istifadә etdiyinizdәn әmin olun. Əgәr siz şifrәni unutmusunuzsa zәhmәt olmasa “Şifrәnizi unutmusunuz?” düymәsinә basın vә yeni şifrә qeydiyyatdan keçdiyiniz elektron ünvana göndәrilәcәkdir.
20
Mәn tәlimә necә başlaya bilrәrәm?
Zәhmәt olmasa onlayn tәlim portalında, istifadәçi profilinә daxil olub, tәlimin adının yanındakı ‘Başla’ düymәsinә basın.
21
Mәn GDG Online Training Portaldan elektron mektubları qәbul etmirәm. Problem nәdәn asılıdır?
Önemsiz Poçt / Spam qovluq üçün yaradılmış müdafiә dәrәcәsi asılı olaraq, bәzi elektron mәktublar Önemsiz Poçt / Spam qovluğa köçürә bilәrlәr. Siz, vaxtaşırı Önemsiz Poçt / Spam qovluğa baxmalısınız vә sizә әhәmiyyәtli olan mәktubları nәzәrdәn keçirmәlisiniz, portal@gdgtraining.com'dan gәlәn mәktubları seçin vә onları Spam kimi qәyd etmәyin.
22
Tәlimi keçәrәn, internet bağlantısı itirdiyi halda vә ya brauser tәsadüfәn bağlanması halda, mәn nә etmәliyәm?
Tәlimin statusu `Natamam` kimi sizin İstifadәçi Profilivizdә görsәdilәcәk. Əgәr siz tәkrar cәhd istәyirsinizsә, `GDG Professionals`ın training@gdgtraining.com elektron ünvanına müraciyәt edin.
23
Tәyin olunmuş vaxt әrzindә mәn tәlim vә ya test suallarını edәrkәn uğursuz oldu. Mәn nә edim?
Siz әgәr yenidәn tәlimә qatılmaq istәyirsinizsә, training@gdgtraining.com elektron ünvanı vasitәsi GDG Professionals şirkәti ilә әlaqә saxlayın.

Kömәk

1Bizimlә Əlaqә - Bizә olan fikirlәrinizi vә ya suallarınızı bu bölmә vasitәsi ilә bizә ünvanlaya bilәrsiniz. İlk öncә doldurulmalı olan sahәlәri doldurun vә sualınızı vә ya fikrinizi bizә ünvanlayın. Biz dә öz növbәmizdә sualınızı tezliklә cavablayıb sizә ünvanlayacayıq.
2Dili dәyişmәk - Bizim Portal üç dildә - Azәrbaycan, İngilis vә Rus dillәrindә fәaliyyәt göstәrir. Dil seçmәk üçün bu düymәlәrdәn istifadә edin.
3FAQ - Online Tәlim Portalı ilә bağlı tez-tez verilәn sualları nәzәrdәn keçirin.
4Kömәk - Portal әmәliyyat vә istifadәçi interfeysi ilә bağlı bütün yardım mәlumatları almaq üçün bu funksiyandan istifadә edin.
5Login detalları - Login detallarınızı daxil edin vә siz, İstifadәçi Profil sәhifәnizә yönlәndirilәcәksiniz.
6Mәxfilik Siyasәti - Onlayn Tәlim Portalından istifadә etmәk üçün bizim Qaydalar vә Şәrtlәr vә Gizlilik siyasәtini oxuyun.
7Müştәri Rәyi - Müştәrilәrimiz tәrәfindәn yazılan rәylәri oxuyun. Bu rәylәr onların Portalın әmәliyat vә işlәmәsinә dairdir.
8Sosial Şәbәkәlәr - Facebook, Twitter, LinkedIn vә YouTube vasitәsi ilә bizi izlәyin vә GDG Professionals şirkәti haqqında son xәbәrlәri әldә edin.
9Şifrәnizi Unutmusunuz? - Şifrәnizi unutmusunuzsa, bu düymәdәn istifadә edin. Login detallarınız e-mail vasitәsilә sizә göndәrilәcәk.
10Tәlimlәrinizi Diqqәtinizә Çatdırırıq - Sizi saytımızda (www.gdg.az) mövcud olan Tәlim Bölmәsinә yönәldәcәk ki, burada siz, cari Tәlimlәr siyahısını görmәk vә onlar üçün müraciәt etmәk imkanı әldә edәcәksiniz.
11Tәmizlә düymәsi - Giriş detalları düzgün doldurulmadığı halda, bu düymәdәn istifadә edәrәk mәlumatları silin.
1Brauzerlәrdә Əsas Düymәlәr - Tәhlükәsizlik mәqsәdi ilә bütün mәzmun menyuları vә brauzerdәki bәzi әsas düymәlәr blok olacaq. Siz Tәlim vә ya Test Sorğusuna keçәrkәn әsas düymәlәrdәn istifadә edә bilmәrsiniz.
2Daxil Ol - Elektron ünvanınızı vә şifrәnizi daxil edin.
3Müәllif hüququları - Bizim Tәlim mәzmunun tәhlükәsizlik vә müәlliflik hüquqları ondan ibarәtdirki, sertifikat istisna olmaqla sistemdә olan heçnә yüklәnә bilәn deyil. Bu mәzmunu yalnız qeydiyyatdan keçmiş istifadәçi öz profilinә daxil olmaqla Tәlim mәzmunu görә bilәr, lakin yüklәyә bilmәz. Bu zaman Test Sorğusunu görünmәyәcәkdir, yalnız test zamanı bu hissәyә daxil olmaq olar.
4Şifrәni Yenilә - İstifadәçi sәhifәsinә daxil olun, İstifadәçi adını yazın, 'Şifrәli Yenilә' funksiyasını seçin vә ekrandakı Tәlimatlara әmәl edin.
5Şifrәnizi Unutmusunuz? - Şifrәnizi unutmusunuzsa, bu düymәdәn istifadә edin. Login detallarınız elektron ünvana vasitәsilә sizә göndәrilәcәk.
6Tәmizlә düymәsi - Giriş detalları düzgün doldurulmadığı halda, bu düymәdәn istifadә edәrәk, mәlumatları silin.
7Video vә Şәkillәrin müәllif hüquqları - Tәlim kontentindә mövcud olan şәkil vә videoları brauzerin pәncәrәsindәn yüklәmәk vә ya URL/link vә sistemdәn yerli mәnbәyә әks etdirmәk mümkün deyildir.
1Axtarış - Söz axtarışı. Bu mәzmun axtarışı deyil.
2Bizimlә Əlaqә - Bizә olan fikirlәrinizi vә ya suallarınızı bu bölmә vasitәsi ilә bizә ünvanlaya bilәrsiniz. İlk öncә doldurulmalı olan sahәlәri doldurun vә sualınızı vә ya fikrinizi bizә ünvanlayın. Biz dә öz növbәmizdә sualınızı tezliklә cavablayıb sizә ünvanlayacayıq.
3FAQ - Onlayn Tәlim Portalı ilә bağlı tez-tez verilәn sualları nәzәrdәn keçirin.
4İstifadәçi Profili - Portala uğurlu girişdәn sonra sizin istifadәçi sәhifәnizә Tәlim haqqında tam mәlumat daxil olacaq.
5Kecirilmә Tarixi - Bu düymә istifadәçiyә Tәlim aldığı tarixi göstәrir.
6Komandalar - Tәlim istifadәçi üçün mövcud olduqda, burada 'Başlamaq' seçimi olacaq.
7Kömәk - Portal әmәliyyat vә istifadәçi interfeysi ilә bağlı bütün yardım mәlumatları almaq üçün bu funksiyandan istifadә edin.
8Nәticә - Bu düymә Tәlimin cari nәticәlәrini göstәrir. Tәlim nәticәlәri uğurlu vә ya uğursuz ola bilәr.
9Sertifikat - Profil sәhifәnizdә Tәlimi seçin vә ekranda nәticәlәrinizi görәcәksiniz. Daha sonra “Yüklә” düymәsini seçin vә siz sertifikatınızı әldә edәcәksiniz.
10Status - Tәlimin cari statusunu göstәrir. Tәlimin cari vәziyyәti aktiv, qeyri-aktiv vә ya natamam ola bilәr.
11Şifrәni yenilә - İstifadәçi sәhifәsinә daxil olun, İstifadәçi adını yazın, 'Şifrәni Yenilә' funksiyasını seçin vә ekrandakı Tәlimatlara әmәl edin.
12Tәlim nәticәlәri - İstifadәçi sәhifәnizdә Tәlimi seçin vә ekranda Tәlim nәticәlәrini görәcәksiniz.
13Tәlimi başlayın - Tәlim başlamaq üçün 'Başlamaq' düymәsinә basın.
14Tәyin Olunmuş Tarix - Bu düymә istifadәçiyә Tәlimin müәyyәn olunmuş tarixini göstәrir.
1'Geri' vә 'Növbәti' düymәlәri - Bu düymәlәrdәn Tәlim mәzmununun daxilindә istifadә edin. Orada vaxt limiti ola bilәcәyini nәzәrә alın.
2'Tәlimi Başla' düymәsi - Tәlimә başlamağa hazır olduqda bu düymәni basın. Zәhmәt olmasa Tәlimi bütün Tәlimatı oxuduqdan sonra vә әmin olduqdan sonra başlayın. Bu mәrhәlәdәn sonra siz geriyә dönә bilmәyәcәksiniz.
3Bizimlә Əlaqә - Bizә olan fikirlәrinizi vә ya suallarınızı bu bölmә vasitәsi ilә bizә ünvanlaya bilәrsiniz. İlk öncә doldurulmalı olan sahәlәri doldurun vә sualınızı vә ya fikrinizi bizә ünvanlayın. Biz dә öz növbәmizdә sualınızı tezliklә cavablayıb sizә ünvanlayacayıq.
4FAQ - Onlayn Tәlim Portal aid әn çox verilәn sualları nәzәrdәn keçirin.
5Kömәk - Portala vә istifadәçiyә aid bütün mәlumatı almaq üçün bu bölmәdәn istifadә edin.
6Skrol bar - Tәlim mәzmunun sağ tәrәfindә skrolu aşağı etmәklә bütün mәlumatları әldә edә bilәrsiniz.
7'Tam Ekran' düymәsi - Tәlim vә ya Test Sorğusu zamanı tam ekran rejiminә keçirmәk üçün, bu düymәsini istifadә edin. Standart görüntüyә qayıtmaq üçün klaviautardaki ESC düymәsini basın. 'Tam Ekran' funksiyası ancaq мasaüstü kompüterlәr vә noutbuklar üçün mövcuddur.
8Test Sorğusu olmayan Tәlimlәr - Nәzәrә alınmalıdır ki, bәzi Tәlimlәrın test sualları yoxdur. Belә olan halda mәzmunun istifadәçi tәrәfindәn oxunması, sәhifәlәrin sayı vә hәr sәhifә üçün tәqribi vaxt son nәticәni hesablayarkәn nәzәrә alınan faktorlar olacaqdır.
9Vaxt Mәhdudiyyәti - Biz Tәlim üçün vaxt mәhdudiyyәti qoya bilәrik. Siz Tәlimi sizә ayrılmış vaxt әrzindә bitirmәlisiniz. Vaxt bitәn kimi, Tәlim avtomatik olaraq dayanacaqdır vә siz ekrandakı Tәlimatı izlәmәlisiniz.
1Bizimlә Əlaqә - Bizә olan fikirlәrinizi vә ya suallarınızı bu bölmә vasitәsi ilә bizә ünvanlaya bilәrsiniz. İlk öncә doldurulmalı olan sahәlәri doldurun vә sualınızı vә ya fikrinizi bizә ünvanlayın. Biz dә öz növbәmizdә sualınızı tezliklә cavablayıb sizә ünvanlayacayıq.
2FAQ - Onlayn Tәlim Portal aid әn çox verilәn sualları nәzәrdәn keçirin.
3Kömәk - Portala vә istifadәçiyә aid bütün mәlumatı almaq üçün bu bölmәdәn istifadә edin.
4Meyarları Keçin - İstifadәçi tәqdim olunan sualların minimum 70%-nә mütlәq cavab vermәlidir. Əks tәqdirdә anket sorğusu tamamlanmayacaq vә cavab verilmәmiş sualları cavablaya bilmәk üçün istifadәçi suallara yenidәn qayıdacaqdır.
5Suallar - Test Sorğusunda siz müxtәlif növ Tәlim әsasında hazırlanmış suallar ilә rastlaşacaqsınız: Sadә cavablı suallar, bir neçә cavabı olan suallar, sәhv/düz cavablı suallar vә s.. Sizin istәnilәn cavabı seçmәk hüququnuz olacaqdır. Test Sorğusun uğurlu başa çatması üçün bütün sualların әn azı 70%-nә cavab verilmәlidir.
6Sualların sayı - “Qalan Zaman”, Ümumu sualların sayı, “Cavablandı sayı” vә “Cavabsızların sayı” sualların sayı test suallarinin mәzmun slaydinda yuxarı sağ küncündә göstәrilmişdir.
7Sualların göstәricisi - Sualların panelin üstündeki yerlәşdirilmiş vә edir Cavablandırılmamaış sualalar boz rәnglә göstәrilәcәk. İstifadәçi bir sualı cavablandırmamış digәrinә keçdiyi halda, cavabsız sualların sayı narıncı rәnglә göstәrilәcәk. İstifadәçi cavabı seçib növbәti suala keçdiyi halda, öncә cavablandırılan sualların sayı yaşıl rәnglә göstәrilәcәk. Paneldә göstәrilәn rәqәmlәr aktivdir. Əgәr siz, hәr hansı bir sualı yoxlamaq, yaxud narıncı rәnglә göstәrilәn cavabsız suala dönmәk istәyirsinizsә, paneldәkirәqәmlәrin üstünә basın vә system avtomatik olaraq o suala keçәcәk.
8'Tam Ekran' düymәsi - Tәlim vә ya Test Sorğusu zamanı tam ekran rejiminә keçirmәk üçün, bu düymәsini istifadә edin. Standart görüntüyә qayıtmaq üçün klaviautardaki ESC düymәsini basın. 'Tam Ekran' funksiyası ancaq мasaüstü kompüterlәr vә noutbuklar üçün mövcuddur.
9Test Sorğusuna Bölmәsinә Keçin - Tәlim mәzmunu oxunan kimi vә bütün slaydlar tamamlanan kimi siz növbәti sәhifәyә keçәcәksiniz.
10Vaxt Mәhdudiyyәti - Biz tәlim üçün vaxt mәhdudiyyәti qoya bilәrik. Siz tәlimi sizә ayrılmış vaxt әrzindә bitirmәlisiniz. Siz önә vә geriyә düymәlәrindәn istifadә edә bilәrsiniz. Vaxt bitәn kimi, tәlim avtomatik olaraq dayanacaqdır vә siz ekrandakı tәlimatı izlәmәlisiniz.
1Bizimlә Əlaqә - Bizә olan fikirlәrinizi vә ya suallarınızı bu bölmә vasitәsi ilә bizә ünvanlaya bilәrsiniz. İlk öncә doldurulmalı olan sahәlәri doldurun vә sualınızı vә ya fikrinizi bizә ünvanlayın. Biz dә öz növbәmizdә sualınızı tezliklә cavablayıb sizә ünvanlayacayıq.
2FAQ - Onlayn Tәlim Portal aid әn çox verilәn sualları nәzәrdәn keçirin.
3Ətraflı - Bu düymәyә basmaqla siz cavab vermәdiyiniz vә ya sәhv cavablandırdığınız suallara baxa bilәrsiniz. Uğursuz cavablandırılmış vә ya cavablandırılmamış sualları görә bilmәk üçün göz işarәsinә basın.
4Keçmәdiyiniz Tәlim - Sizin Tәlim nәticәlәri tәlәb olunan sәviyyәdәn aşağıdırsa, Siz bu Tәlimi keçә bilmәmisiniz. Yeni bir cәhd tәmin edilmәyәcәk. İstifadәçi Nәticәlәr Sәhifәsindәn, o cümlәdәn, email vasitәsi ilә Tәlimin uğursuz olduğu haqqında bildiriş әldә edir. . İstifadәçi növbәti addımlar üçün GDG Professionals şirkәti ilә әlaqә saxlamalıdır.
5Kömәk - Portala vә istifadәçiyә aid bütün mәlumatı almaq üçün bu bölmәdәn istifadә edin.
6Nәticәlәri Tәqdim Edin - Bu düymәyә basmaqla siz hәll etdiyiniz test anket suallarını tәqdim etmiş olursunuz. Sizin yekun nәticәlәriniz şәxsi sәhifәnizә göndәrilәcәkdir. GDG Professionals şirkәtinin qaydalarına әsasәn uğurlu iştifadәçi әn az 70% verilmiş sualları düzgün cavablamalıdır . Qeyd olunan minimal hәddәn aşağı nәticә toplamış istifadәçini testi uğursuz kimi qeydә alınır
7Serifikat - “Yüklә” düymәsini sıxaraq sertifikatınızı PDf formatda yüklәyә bilәrsiniz .
8'Tam Ekran' düymәsi - Tәlim vә ya Test Sorğusu zamanı tam ekran rejiminә keçirmәk üçün, bu düymәsini istifadә edin. Standart görüntüyә qayıtmaq üçün klaviautardaki ESC düymәsini basın. 'Tam Ekran' funksiyası ancaq мasaüstü kompüterlәr vә noutbuklar üçün mövcuddur.
9Tәlimi Uğurla Keçdiyiniz - Siz Tәlimi uğurla başa çatdırdıqdan sonra ekranınızda “Yüklә” düymәsi görünәcәkdir.
1Nasazlıqlar - Bütün yaranmış texniki nasazlıqlarla әlaqәli bizә training@gdgtraining.com elektron poçt ünvanı vasitәsi ilә müraciәt edә bilәrsiniz.
2Sistem tәlәblәri - Dәstәklәyәn browserlәr: Firefox 3.5 +, Internet Explorer 8+, Safari 4+, Google Chrome 10.1.102+. Dәstәklәnәn mobil cihazlar: iOS 5+ vә Android 3.0+ tabletlәr

Sizin Mesaj

Mesajınız göndәrildi!
Biz Sizinlә tezliklә әlaqә saxlayacağıq.
Daxil etdiyiniz Kod düzgün deyil.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk